GDU-da Elmi Şuranın növbəti iclası keçirilib
Gəncə Dövlət Universitetində (GDU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasdan öncə universitetin rektoru Yusif Yusibov və elmi şuranın üzvləri GDU-nun İdman Klubunun son 5 ildə şəhər, respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, Diplom və Fəxri fərmanlardan ibarət sərgiyə baxış keçiriblər.
Elmi Şurada rektor Yusif Yusibov İnformatika və cəbr kafedrasının baş müəllimi Fərəh Zeynallının “Diferensial tənliklər” ixtisası əsasında riyaziyyat üzrə və Botanika kafedrasının baş müəllimi Elnarə Hüseynovanın “Bitki fiziologiyası” ixtisası əsasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edərək, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada birinci məsələ – Beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər haqqında universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun, ikinci məsələ – Təhsilin keyfiyyətini yaxşılaşdırmaq və dərslərin gedişinə nəzarəti artırmaq məqsədilə yaradılmış monitorinq qrupunun sədri Allahverdi Quliyevin hesabatı, gündəlikdə duran növbəti məsələ – Daxili Təhlükəsizlik Xidmətinin və İdman klubunun 2021-2023-cü illərdə gördüyü işlərin hesabatına dair Daxili Təhlükəsizlik Xidmətinin rəisi, İdman klubunun sədri Xaqani Umudovun məruzəsi dinlənilib.
İclasda Universitetin Bədən tərbiyəsi və idman kafedrasının müdirinin 5 illik fəaliyyətinə dair hesabatı, həmçinin komissiya sədrinin çıxışı dinlənilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Elmi Şuranın iclasında Vüsalə İsgəndərovanın “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə dosent elmi adını almağa dair AAK qarşısında vəsatət qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul olunub.
Sonda qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin daha da artırılması və başqa məsələlər müzakirə edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti