GDU-da Gənc Kimya Müəllimləri Birliyi tərəfindən təlim keçirilib

Gənc Kimya Müəllimləri Birliyi tərəfindən Gəncə Dövlət Universitetində “Müasir resurlar” adlı təlim keçirilib.

      Təlimdə universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Kimya-biologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

     Təlim zamanı Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və onun tərkibində yaradılmış Gənc Kimya Müəllimləri Birliyinin fəaliyyətindən söhbət açılıb,  virtual laboratoriya, veb alətləri, elektron vasitələrin istifadə qaydaları barədə məlumat verilib.

    Sonda təlim iştirakçılarının sualları ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti