GDU-da “Kafedralarda tədris olunan fənlərin tapşırıq sənədinin hazırlanması”na dair təlim keçirilib
Gəncə Dövlət Universitetində (GDU) İnnovasiyalar departamentinin iclas zalında Tədris departamentinin təşkilatıçılığı ilə 01 may 2025-ci il tarixdə “Kafedralarda tədris olunan fənlərin tapşırıq sənədinin hazırlanması”na dair təlim keçirildi.
Universitetin professor -müəllim heyətinin iştirak etdiyi təlimdə fənlərin tapşırıq sənədinin mahiyyəti, hazırlanma forması və əhəmiyyəti barədə iştirakçılara nümunə üzərində məlumat verildi.
Mövzu ətrafında geniş müzakirə aparıldı və sənəd ətraflı təhlil edildi.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti