GDU-da mediasiya ilə bağlı maarifləndirici tədbir keçirilib

Gəncə Dövlət Universitetində mediasiyaya dair  maarifləndirici  görüş keçirilib.

    Gəncə 1 saylı Mediasiya Təşkilatının təsisçiləri Südabə Məmmədova və Kübra Ələkbərova mediasiya anlayışı, tərəflərin qarşılıqlı anlaşmasında mediasiyanın yaratdığı imkanlar haqqında geniş danışıblar.

    Tədbirdə ekspert qismində iştirak edən vəkillər və mediatorlar Kərim Məmmədov, Anar Abdullayev, Ramil Əliyev, Natiq Əliyev mübahisələrin həlli məsələsində mediasiyanın faydası və gələcək perspektivləri barədə tələbələrə ətraflı məlumat veriblər.

   Sonda tələblərin sualları cavablandırılıb, mediasiya sahəsində təklifləri dinlənilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti