GDU-da “Müsahibə mərhələsinə hazırlıq” mövzusunda maarifləndirici təlim keçirilib

Gəncə Dövlət Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının nümayəndələri tərəfindən  “Müsahibə mərhələsinə hazırlıq” adlı maarifləndirici təlim keçirilib.  Təlimdə Gəncə-Daşkəsən Regional Məşğulluq Filialından  şöbə müdiri Tural Cumalıyev, baş mütəxəssis, karyera məsləhətçisi Güləndam İslamzadə, aparıcı mütəxəssislər,  karyera məsləhətçiləri  Aygün Qədimova və Elvin Əlizadə iştirak ediblər.

 Universitetin  Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev qonaqları salamlayaraq dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən və ali təhsil müəssisələrində bu cür maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

  Daha sonra qonaqlar tələbələrə düzgün CV hazırlanması qaydaları, istək məktubunda işəgötürənlərin diqqət etdiyi məqamlar haqqında ətraflı məlumat veriblər. Həmçinin düzgün tərtib olunan CV-nin, eləcə də istək məktubunun işəgötürülmə zamanı əhəmiyyətindən bəhs olunub.

   Sonda qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti