GDU–da “Ölməz, əbədidir Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib

      Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ölməz, əbədidir Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirilib.

     Öncə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

   Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

    Tədbiri giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva açaraq Ulu Öndər Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı danışıb. Qeyd edib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümumilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycanda hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. 

     Tədbirin davamında tələbələrin ifasında Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib və vətənpərvərliyə aid mahnılar ifa edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti