GDU-da tələbə iştirakçılığı və keyfiyyət əməkdaşlığı gücləndirilir
01 iyul 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində tələbə yönümlü idarəetmənin və iştirakçılıq əsaslı qərarvermənin gücləndirilməsi məqsədilə universitet Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə Keyfiyyətin Təminatı Mərkəzi arasında görüş keçirilib. Əsas məqsəd tələbə təşkilatlarının fəaliyyətlərinin universitetin ümumi keyfiyyət təminatı siyasəti ilə uzlaşdırılması, onların akademik, elmi, sosial və mədəni təşəbbüslərinin dəstəklənməsi olub. Görüşlər zamanı Tələbə təşkilatlarının illik fəaliyyət planlarının təhlili və qiymətləndirilməsi, keyfiyyət mədəniyyətinin təbliği və tələbə məmnuniyyətinin artırılması yolları, elmi-tədqiqat təşəbbüslərinin genişləndirilməsi və dəstəklənməsi, sosial məsuliyyət və könüllülük fəaliyyətlərinin stimullaşdırılması, tələbələrin idarəetmə proseslərində iştirakçılığının artırılması və onların təkliflərinin qərarvermədə nəzərə alınması və s. istiqamətlər üzrə müzakirələr aparılıb və birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Keyfiyyətin Təminatı Mərkəzi tərəfindən təşkilat nümayəndələrinə tövsiyələr verilib, qarşılıqlı əməkdaşlıq perspektivləri müəyyənləşdirilib.
Bu görüşlər universitetdə tələbə iştirakçılığına əsaslanan idarəetmə modelinin inkişafına, şəffaf və açıq qərarvermə mühitinin formalaşmasına, eyni zamanda tələbə təşkilatları ilə struktur bölmələr arasında effektiv dialoqun qurulmasına əhəmiyyətli töhfə verməkdədir.



