GDU-da tələbələr arasında mütaliə mədəniyyətini təşviq etmək, onların kitabxanadan daha səmərəli istifadəsini təmin etmək məqsədilə maarifləndirici görüş

27.05.2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin kitabxanasında İbtidai sinif müəllimliyi ixtisası üzrə Keyfiyyət Təminatı  və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış işçi qrupunun Pedaqoji fakültənin tələbələri ilə maraqlı tədbir təşkil olunmuşdur. Əsas məqsəd tələbələr arasında mütaliə mədəniyyətini təşviq etmək, onların kitabxanadan daha səmərəli istifadəsini təmin etmək və elmi ədəbiyyata marağını artırmaq olmuşdur.

Tədbirdə GDU Keyfiyyət Təminatı  və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış işçi qrupunun üzvləri, kitabxana əməkdaşları və tələbələr iştirak edib. Görüş zamanı tələbələrə kitabxananın fəaliyyəti, elektron və çap resursları barədə geniş məlumat verilib, oxu zalı və fondlarla tanışlıq təşkil olunub.

Burada “Hər şey fərqli ola bilərdi” adlı bədii tamaşadan bir parça nümayiş etdirilib. Bu bədii kompozisiya vasitəsilə tələbələr həm bədii yaradıcılıqlarını nümayiş etdirdilər, həm də sosial məsuliyyətlərini və təhsilin insan həyatındakı önəmini ifadə ediblər.