GDU-da “Təşviş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda görüş

   Gəncə Dövlət Universitetində (GDU)  “Təşviş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda tələbələrlə görüş keçirilib.

   Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək psixoloji yardımla bağlı maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb.

Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, İlkin səhiyyə xidmətlərinin rəhbəri Xalidə Sadıqova psixi sağlamlığın qorunması və psixi pozğunluqdan əziyyət çəkən şəxslərin fəaliyyət imkanlarının genişləndirilməsinə dair həyata keçirilən tədbirlərdən söhbət açıb.

         Xəstəxananın psixoloqu Zahid Tağıyev “Təşvş pozuntuları ilə psixoloji işin aparılması proqramı” mövzusunda çıxış edib və təşviş pozuntusu, yaranma səbəbləri barədə ətraflı məlumat verib.

Görüşdə  psixoloji travmalar, qorxular, özünə inamsızlıq kimi məsələlərdən bəhs edilib və onların həll yollarından danışılıb.

    Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti