GDU-da tələbələrin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə bağlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində buraxılış kurs tələbələrinin pedaqoji və istehsalat təcrübələrinin təşkili ilə bağlı məlumatlandırıcı tədbir keçirilib.

   Fakültə dekanları və kafedra müdirləri, təcrübə rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet üzrə buraxılış kurs tələbələrinə pedaqoji və istehsalat təcrübələrinin əhəmiyyətindən söhbət açılıb.

   Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev çıxış edərək bildirib ki, istehsalat təcrübəsi tələbələrin peşəkarlığının daha da təmkilləşməsinə xidmət edir. Təcrübə dövründə tələbələr mühazirələrdə əldə etdikləri nəzəri bilikləri pedaqoji təcrübədə tətbiq etmək imkanı əldə edirlər.

    Çıxışlarda o da qeyd edilib ki, tələbələrin pedaqoji və istehsalat təcrübələri Azərbaycan Respublikasının Nazıirlər Kabinetinin qərarı ilə təhsil və istehsalat müəssisələri arasında bağlanmış iki tərəfli müqavilələr əsasında həyata keçirilir. Tədris planına uyğun olaraq universitetin bütün buraxılış kurs tələbələri tədris ilinin II yarısında – 16 fevral 2023-cü il tarixdən-24 may 2023-cü il müddətinə kimi pedaqoji və istehsalat təcrübələrində iştirak edəcəklər. 

Sonda tələbələrin suallarına aydınlıq gətirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti