GDU-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş intellektual yarış keçirilib

                         Gəncə Dövlət Universitetində Ekologiya və təbiəti mühafizə kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş  intellektual yarış  keçirilib.

     Ekologiya və ekologiya mühəndisliyi ixtisasının tələbələrindən ibarət 5 komanda qələbə uğrunda mübarizə aparıb. Tələbələrə ətraf mühitin qorunması, qlobal iqlim dəyişmələri, yaşıl texnologiyalar, təbii mühitin mühafizəsi  haqqında suallar təqdim olunub.

         İntellektual yarışda münsiflər heyəti kimi Ekologiya və təbiəti mühafizə kafedrasını müdiri, professor  Sevda Əhmədova,  Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva,Tədris məsələləri üzrə prorektor dosent Şahin Xurşudov, Botanika kafedrasının müdiri, professor Vaqif Novruzov, Kimya-biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev, Kimya kafedrasının müdiri, dosent Aynur Məmmədova iştirak ediblər.

           İntellektual yarışın qalibi “Külək enerjisi” komandası olub. II yerə “Su enerjisi”, III yerə isə “Yaşıl enerji” komandası layiq görülüb.

       Qalib üç komandaya  kubok və sertifikatlar, digər iki  komandaya isə Təşəkkürnamə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti