GDU-nun əməkdaşı Belçikada təlimdə iştirak edib

Gəncə Dövlət Universitetinin Fransız dili kafedrasının əməkdaşı Vüsalə İsgəndərova Belçikanın Liège Universitetində Fransız dilinin tədrisi (FLE) üzrə təlimdə iştirak edib. 3–21 avqust 2025-ci il tarixlərdə keçirilən təlim üç moduldan – “Belçikanın frankofon mədəniyyəti”, “FLE üzrə didaktik seminarlar” və “Dilçilik” ibarət olub. Təlim iştirakçıları fransız dilinin fonetik, qrammatik və üslubi xüsusiyyətlərinə dair nəzəri biliklər, müasir tədris metodologiyaları, kommunikativ yanaşmalar, dərs planlaşdırılması və qiymətləndirmə üsulları, frankofon mədəniyyətinin tarixi, sosial və ədəbi aspektləri ilə tanış olmaq imkanı əldə ediblər.