GDU-nun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müəllimləri Gülnar Rəhimova və Günel Yusibova Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini sürətləndirmək və rəqabətli insan kapitalını inkişaf etdirmək üçün 4SİM, Təhsilin İnkişafı Fondu və “Coursera” şirkəti ilə birgə icra olunan “Coursera” platfromasında 6 həftəlik lisenziya ilə dünyanın qabaqcıl universitetləri – Yel Universiteti ( Moral foundations of Politics), Amsterdam Universiteti ( Classical Sociological Theory), Miçiqan Universiteti ( Social work practise: Asvocating Social justice and change) , Californiya Universiteti Santa Cruz ( Feminizm and Sosial Justice), Corciya Texnologiya Institutu ( Speak English professionally, Write Professional Emails in English ) Pensilvaniya Universiteti ( Ancient philosophi), London Universiteti (Research methods) , Cenevrə Universiteti ( Political citizenship) tərəfindən təşkil olunan online kurslara qatılıb və sertifikat əldə ediblər.
SOCAR, PASHA Holding, BP, JOCAP və Azerconnect Group şirkətləri Milli Proqramın əsas tərəfdaşlarıdır.



