GDU-nun əməkdaşları COP29 çərçivəsində keçirlən elmi konfransda iştirak ediblər
27-29 noyabr 2024-cü il tarixlərdə Azərbaycan Texniki Universitetində COP29 çərçivəsində “İqlim Dəyişikliklərinin Təbii və Texnoloji Risklərinin Minimumlaşdırılmasında İnnovasiyalar: Metodologiya və Təcrübə RİSK 2024” adlı 6-cı Avrasiya Konfransı keçirilib.
Konfransda Nobel sülh mükafatı laureatları, professor Sviatoslav Timaşev və professor Elena Nikitina, eləcə də dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın alim, Gəncə Dövlət Universitetindən isə Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov və dosent Vaqif Rüstəmov iştirak ediblər.
Konfransda COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti, bu çərçivədə keçirilən tətbirlərdə müzakirə olunan məsələlərin önəmindən danışılıb.
Daha sonra çıxış edənlər burada müzakirə olunacaq məsələlərin iqlim dəyişiklikləri ilə bağlı risklərin aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.
Qeyd edək ki, Gəncə Dövlət Universitetindən Fizika kafedrasının müdiri, dosent Yəhya Namazov “Yaşıl enerjiyə keçidin texnoloji aspektlərinə dair elmi tədqiqat meylləri” və dosent Vaqif Rüstəmov “Müasir nikel-mis örtüklərindən istifadə edərək qaz paylama mexanizmlərinin hissələrinin etibarlılığının artırılması yolları” mövzularında çıxış ediblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti