GDU-nun dosenti coğrafiyanın müasir problemlərinə həsr olunmuş elmi konfransda məruzə ilə çıxış edib

13-14 noyabr 2025-ci il tarixlərində Coğrafiya kafedrasının dosenti Nəsibə Hacıyeva “Coğrafiyanın müasir problemləri : Elm və təhsilin inteqrasiyası”na həsr olunmuş IV beynəlxalq elmi konfransda iştirak edib.

 Elmi konfransda Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və İran İslam Respublikasının alimləri iştirak ediblər.

GDU-nun əməkdaşı, dosent Nəsibə Hacıyeva “Qlobal iqlim dəyişmələrinin Azərbaycan landşaftlarına təsiri” mövzusu ilə çıxış edib.

Sonda konfrans iştirakçıları tərəfindən  coğrafiyanın müasir problemləri ətraflı müzakirə olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti