GDU-nun filologiya fakultəsində narkomaniya bəşəriyyətin ən təhlükəli bəlasıdır mövzusunda tədbir keçirilib

 

GDU-nun filologiya faklütəsində  “Narkomaniya- bəşəriyyətin ən qorxulu və təhlükəli bəlası“ adlı tədbir keçirilib.

Tədbiri GDU-nun  humanitar məsələləri üzrə prorektoru   dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin 26 avqust 1996-cı ildə imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” və Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixdə imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamınndan irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermiş, müasir dövrdə ölkəmizdə narkomaniya ilə  mübarizə sahəsində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Xüsusən  də xalqın gələcəyi olan gənclərimizin bu bəlaya düçar olması acınacaqlı haldır.

Tədbirdə çıxış edən   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Həmid Abbasov bildirmişdir ki,  narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasında başlıca rol oynayır. Bu isə insanın həm mənəvi həm cismən məhvi deməkdir.

         Sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti   Qivami Qazıyev narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olduğunu diqqətə çatdırmış və bu bəla ilə hamının birlikdə mübarizə aparmalı olduğunu qeyd etmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.