GDU-nun kollektivi ağacəkmə aksiyasında iştirak etmişdir
Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının əməkdaşları və tələbələri Nizami Gəncəvi Məqbərəsinin ətrafındakı ərazilərdə ağacəkmə aksiyasında iştirak etmişlər.
100-dən artıq ağac tingləri əkilmiş, torpağa basdırılan ağac tingləri suvarılmış və aqrotexniki qaydalarla qulluq edilmişdir. Ağacəkmə aksiyasında iştirak edən Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri professor Sevda Əhmədova bildirmişdir ki, yaşıllıqların qorunması və zənginləşdirilməsi üçün universitetin kafedrası tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Əsas məqsəd Gəncə şəhərinin ekomühitinin qorunması, zənginləşdirilməsi və gənclərdə ekoloji tərbiyəni gücləndirməkdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti








