GDU-NUN KOLLEKTİVİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT EDİB
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür. Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir.
Bu gün Ulu Öndərin ideyaları yaşayır, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Ümummilli Lideri Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Dekabrın 12-də ölkəmizin hər yerində olduğu kimi Gəncə şəhərində də Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib.
Gəncə Dövlət Universitetinin kollektivi və tələbələr Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti