GDU-nun professor-müəllim heyəti Samux Rayon Təhsil şöbəsində olublar

Gəncə Dövlət Universitetində aparılan səmərəli tədris, elmi-tədqiqat və tərbiyə işləri, beynəlxalq əlaqələrin təbliği, Gəncə şəhəri, eləcə də ətraf rayonların orta  ümumtəhsil məktəblərində davamlı olaraq aparılır. Qarşıya qoyulan vəzifələrin icra edilməsi məqsədilə universitetin professor-müəllim heyəti Samux Rayon Təhsil sektorunda olublar.    

   Tədbirdə Samux Rayonunun 30-a  yaxın orta ümumtəhsil məktəblərinin  müəllimləri və 11-ci sinif şagirdləri iştirak ediblər.  Samux Rayon Təhsil şöbəsinin sektor əməkdaşları Laçın Abbasova  və Arzu Kərimov çıxış edərək bildiriblər ki, GDU-nun  təsdiq edilən tədbirlər planına əsasən professor-müəllim heyətindən ibarət işçi qrupu müntəzəm olaraq rayonun orta ümumtəhsil məktəblərində olurlar. Əsas məqsəd də GDU ilə Samux Rayon Təhsil şöbəsinin tabeliyində olan orta ümumtəhsil məktəbləri arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin yardılması və şagirdlərin GDU-da fəaliyyət göstərən ixtisaslar haqqında biliklərini artırmaqdır.

  Tədbirdə GDU-nun işçi qrupunun üzvləri dosent Cabbar Qarayev, dosent Cavid Bağırzadə, dosent Elvin Atakişiyev çıxış edərək universitetin fakültələri, ixtisasları və beynəlxalq əlaqələri haqqında iştirakçılara ətraflı məlumat verdilər. Eyni zamanda universitetin tədris binaları, laboratoriyaları, kitabxanaları, fənn kabinələri, idman zalları və tələbə yataqxanası barədə də  məlumatlar slayd formasında şagirdlərə nümayiş etdirildi.

   Tədbirdə şagirdləri maraqlandıran suallar işçi qrupunun üzvləri tərəfindən ətraflı cavablandırılıb və bu cür tədbirlərin Universitet ilə orta ümumtəhsil məktəbləri arasında davam etdirilməsinin vacibliyi vurğulanıb. Gələcəkdə şagridlərin Universitetə ekskursiyalarının təşkil olunması məqsədə uyğun hesab edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti