GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN PROFESSOR –MÜƏLLİM HEYƏTİ YEVLAX RAYONunda ORTA MƏKTƏB KOLLEKTİVİ İLƏ GÖRÜŞ KEÇİRİB

Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim heyəti  Yevlax rayonunda orta ümumtəhsil məktəblərinin  yuxarı sinif şagirdləri ilə görüş keçiriblər.  

Yevlax rayonu üzrı təhsil sektorunun əməkdaşı Ümidvar Məmmədov çıxış edərək GDU əməkdaşlarını salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, məqsəd Gəncə Dövlət Universiteti ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəbləri arasında əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək və universitetdə tədris olunan ixtisaslar barədə şagirdləri ətraflı məlumatlandırmaqdır.

Universitetin işçi qrupunun üzvləri dosent C.Qarayev, dosent A.Quliyev, dosent C. Bağırzadə, dosent E.Atakişiyev çıxış edərək universitetin fəaliyyəti, ali təhsil ocağında tədris olunan ixtisaslar barədə geniş məlumat veriblər.

GDU-nun məzunları olmuş Yevlax rayon 3 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova və 9 nömrəli məktəbin müəllimi Aysel Heydərova görüşün təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə universitetin beynəlxalq elmi əlaqələri, eləcə də Gəncə Dövlət Universiteti və Türkiyə Respublikasının Dokuz Eylül Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ikili diplom proqramı çərçivəsində tədris olunan ixtisaslar və bu istiqamətdə tələbələrə yaradılan imkanlardan bəhs olunub.

Görüşün sonunda şagirdlərə universitetin fəaliyyətinə dair məlumat kitabçası, diyircəkli qələm və dəftərçə təqdim olunub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti