GDU-da qiyabi təhsil alan tələbələrin dərsləri başlayıb

    Gəncə Dövlət Universitetində qiyabi təhsil alan tələbələrin dərsləri başlayıb.

   Qiyabi şöbənin müdiri, dosent İlqar Kubışov tələbələrə dərslərində  uğurlar arzulayıb. Bildirib ki, tələbələrin zəruri dərsliklərlə təmin edilməsi, dərslərin keyfiyyətli təşkili və imtahan sessiyalarının obyektiv keçirilməsi üçün mühüm işlər görülüb. Bununla yanaşı, Qiyabi şöbədə yanvar ayının 25-dən etibarən keçiriləcək payız semestrinin imtahan sessiyası üçün 13 ixtisas üzrə təhsil alan tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi də diqqət mərkəzində saxlanılıb.

 Universitetdə  qiyabi təhsil alan tələbələrin payız sessiyası yanvar ayının 5-dən fevral ayının 2-ə kimi davam edəcək.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti