GDU-nun tələbələri intelektual yarışda kubok qazanıb

Mingəçevir şəhərində Azərbaycan Kuboku layihəsi çərçivəsində region gəncləri arasında intelektual yarış keçirilib.

    Layihənin məqsədi gənclərin inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq, gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

    Yarışda ilk öncə komandalar müxtəlif mövzular üzrə biliklərini sınayıblar. Ən üstün nəticə göstərən komandalar növbəti mərhələyə yüksəlib.

    Final mərhələsində Gəncə Dövlət Universitetinin komandası qalib gələrək kubok və medal qazanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti