GDU-nun tələbələri təlimlərdə iştirak etmişlər
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəal tələbələri Gəncə şəhər Gənclər evində keçirilən təlimlərdə iştirak etmişlər. Təlimdə tələbələrə debatın qaydaları, prinsipləri və digər məsələlər izah edilmişdir.
Təlimdə BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı debat Forumu” barədə maarifləndirmə işləri aparılmış, gənclərə natiqlik barədə məlumat verilmiş, “Qadınlara qarşı zorakılığın aradan qaldırılmasında kişilərin töhfəsi əvəzedilməzdir” mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti