GDU-nun tələbələri yay düşərgəsində iştirak ediblər
2025-ci il sentyabrın 8-dən 13-dək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Təhsil” istirahət mərkəzində Konstitusiya və Suverenlik İlinə həsr olunmuş yay düşərgəsi keçirilib.
Beş günlük proqram çərçivəsində iştirakçılar üçün konfranslar, panel müzakirələr, idman yarışları və tanınmış qonaqlarla görüşlər təşkil edilib. Gəncə Dövlət Universitetindən düşərgədə Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 20 tələbə iştirak edib.
Yay düşərgəsində 44 günlük Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov və “Şuşa, sən azadsan” filminin rejissoru Cavidan Şərifovla keçirilən görüşlər tələbələrdə böyük maraq və vətənpərvərlik ruhu yaradıb.
Düşərgədə fəal gənclər sertifikatlarla təltif olunublar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti




