GDU-nun tələbələri “Zəfər yolu” İntellektual Oyunlar Festifalının qalibi olublar

Gəncə şəhərində gənclər arasında “Zəfər Yolu” İntellektual Oyunlar Festifalı keçirilib.

   44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbəyə həsr olunmuş bilik yarışmasında  şəhər üzrə müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

   Gənclərin İnkişaf Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan bilik yarışması iki mərhələdən ibarət olub.

   İntellektual yarışmanın  final mərhələsində Gəncə Dövlət Universitetinin “400” komandası qalibi olub. II yeri Azərbaycan Texnologiya Universitetinin “Mindhunters” komandası, III yeri Azərbaycan Dövlət Aqrar Universitetinin “Cahillər və Vurğun” komandaları tutub.

    Qaliblərə kubok, sertifikat və pul mükafatı təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti