GDU-nun tələbəsi Fatimə Mehdiyeva İslam Həmrəyliyi Oyunlarında medal qazandı
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.
Gəncə Dövlət Universitetinin tələbəsi də İslam Həmrəliyi Oyunlarında medal qazananlar sırasındadır. Belə ki, Pedaqoji fakültənin Məşqçilik ixtisasının 2-ci kurs tələbəsi, GDU-nun İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva 3-cü yerə layiq görülüb. Tələbəmiz Fatimə Mehdiyeva VI İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlarda bürünc medal qazanıb.
Fatimə Mehdiyeva GDU-nun İdman Klubunun yetirməsidir və onun şəxsi məşqçisi klubun əməkdaşı Orxan Əliyevdir.
Qeyd edək ki, Fatimə Mehdiyeva 23, 29 noyabr 2025-ci il tarixlərdə Macarıstanda keçiriləcək Avropa Çempionatında Azərbaycan milli komandasında iştirak etmək hüququ qazanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti





