GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

            Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının  tələbələri – İsmayıl Carçıyev, Səma Qasımova və Fuad Sarıyev Alman Akademik Mübadilə Xidmətinin (DAAD)   təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar.  Tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində  Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər.

     Müsabiqədə iştirak edən digər tələbələrimiz – Mədinə Avazlı, Selcan Xələfova və Aydan Zeynalova isə A 2 səviyyəsi üzrə sertifikata layiq görülüb.

       Qeyd edək ki,  Alman Akademik Mübadilə Xidməti – DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti