GDU-nun tələbələri arxiv işinin təşkili barədə məlumatlandırılıb

01 may  2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Filologiya ixtisasının tələbələri ali təhsil ocağının arxiv şöbəsi ilə tanış olublar.

GDU-nun arxiv şöbəsinin müdiri Rauf Nağıyev tələbələrə arxiv işinin təşkili, arxiv sənədlərinin qəbulu, qeydiyyatı, sistemləşdirilməsi, mühafizəsi və istifadəyə hazırlanması prosesi barədə ətraflı məlumat verib.

Daha sonra tələbələr arxiv şöbəsinin iş prosesi ilə yaxından tanış olublar.