GDU-nun tələbələri dövlət qulluğuna qəbulla bağlı məlumatlandırıldı

       Gəncə Dövlət Universitetində (GDU) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

   Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Elnur Abbasov, DİM Gəncə Regional bölməsinin müdiri Nəsimi Məmmədov, Regional bölmənin böyük məsləhətçisi Sərxan Ağayev, universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev və yuxarı kurs tələbələri iştirak ediblər.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin əhəmiyyətindən danışıb.

      DİM əməkdaşları tərəfindən Dövlət Quluğuna qəbul qaydaları, test imtahanı, müsahibə mərhələləri, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barəsində geniş məlumat verilib.

      Sonda dövlət qulluğuna qəbulla bağlı tələbələrin sualları  ətraflı cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti