GDU-nun tələbələri intellektual yarışda 1-ci yeri qazanıb
Gəncə şəhərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman və bilik yarışı keçirilib.
Bilik yarışında iştirakçılara Azərbaycan tarixi, dövlətçilik ənənələri, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında suallar təqdim edilib. Komandalar arasında keçirilən yarış zamanı iştirakçılar öz bilik səviyyələrini, məntiqi təfəkkür və operativ düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Gəncə Dövlət Universitetinin komandası idman və intellektual yarışda 1-ci yerə layiq görülüb. GDU-nun qalib tələbələrinə YAP Gəncə şəhər təşkilatı tərəfindən kupok və diplom təqdim olunub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


