GDU-nun tələbələri “Xaricdə Təhsil Formu”unda faəl iştirak ediblər

   Gəncə şəhərində “Xaricdə Təhsil Forum”u keçirilib. Şəhid Hacı Rauf adına Təhsil və Gənclik Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum çərçivəsində bir çox təhsil müəssisələri ilə yanaşı Gəncə Dövlət Universitetinin (GDU) fəaliyyətinə dair sərgi nümayiş etdirilib. O cümlədən ali məktəbin fəaliyyətini əks etdirən bukletlər, diyircəkli qələmlər və blaknotlar paylanılıb.

Forumda GDU Tələbə Gənclər Təşkilatının fəal tələbələri də aktiv iştirak ediblər.

   Gəncə Dövlət Universitetinin Təcrübə və Karyera Mərkəzinin əməkdaşlarının, şəhər rəsmilərinin və qardaş ölkə universitetlərinin nümayəndələrinin iştirak etdiyi forumda çıxış edənlər qeyd edib ki,  tədbirin əsas məqsədi gəncləri xaricdə təhsillə bağlı ətraflı maarifləndirməkdir.

  Tədbirdə Altınbaş Universitetinin əməkdaşı Merve Atcıyurt çıxış edərək qardaş ölkənin universitetlərində yaradılan imkanlar haqqında ətraflı məlumat verib.

   Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

      Sonda gənclərə sertifikatlar təqdim edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti