GDU rektorluğunun 17.12.2020-ci il tarixdə Microsoft Teams platforması üzərindən online iclası keçirilmişdir
İclasda 2020/2021-ci tədris ilinin payız semestrinin sessiyasına hazırlıqla əlaqədar məsələlər müzakirə edilmişdir.
İclasda həmçinin tələbələrin online dərslərə qoşulması, bəzi tələbələrin dərslərdə iştirak edə bilməməsi səbəbləri, təhsil haqlarının ödənilməsi və imtahanların keçirilmə formaları kimi məsələlər müzakirə edildi.
İclasda çıxış edən prof. Yusif Yusibov təhsil nazirinin payız imtahan sessiyasının keçirilməsi barədə iclas iştirakçılarına məlumat verərək əmrdən irəli gələn vəzifələrin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verdi.
Tədrisin təşkili və təlimin texnologiyaları üzrə prorektor dos. F.Məmmədov çıxış edərək imtahanların kerilmə forması, həmçinin test imtahanları üçün sualların vaxtında bazaya təqdim edilməsi, test suallarının yenidən nəzərdən keçirilməsi səhv sualların düzəldilməsi və ya çıxarılması kimi məsələlərə diqqət ayırmağı fakültə dekanlarına tövsiyə etdi.
Dos. F. Məmmədov həmçinin imtahan sessiyası başa çatdıqdan sonra tələbələrə sessiyanın nəticələrinə görə təqaüdlərin verilməsi məsələlərinə diqqət ayırmağı fakültə dekanlarından xahiş etdi.
Fakültə dekanları müzakirə edilən məsələlərə münasibət bildirərək qarşıya qoyulan vəzifələrin həllinə çalışacaqları barədə məlumat verdilər.
İclasda həmçinin təhsil haqlarının yığılmasında mövcud problemlər barədə fakültə dekanlıqları məlumat verərək məsələ ilə əlaqədar öz təkliflərini verdilər.