“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində növbəti tədbir keçirilib
Gəncə Dövlət Universitetində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Hüquqlarını bilməlisən” mövzusunda tədbir keçirilib.
Tədbir Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, “Təmas “Regional İnkişaf İctimai Birliyinin təsisçisi Kubra Ələkbərova, Gəncə şəhər Beynəlxalq Xəstəxanasının əməkdaşı Natəvan Abbasova çıxış edərək mövzu haqqında ətraflı danışıblar.
Çıxışlarda gender bərabərliyi, qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nikaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıqla mübarizə məsələlərindən ətraflı bəhs olunub.
Sonda mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti