Həmkarlar ittifaqi komitəsinin fakültələr üzrə hesabat seçkiləri başladı


Fakültələr üzrə həmkarlar təşkilatına seçkilərdən artıq beş illik bir vaxt keçmişdir. Təlimata uyğun olaraq Gəncə Dövlət Universitetində fakültələr üzrə həmkarlar təşkilatına seçkilərə start verildi.
İlk olaraq 6 fevral 2015-ci il tarixdə Xarici dillər fakültəsində həmkarlar təşkilatı sədrinin hesabat iclası keçirildi. İclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Xarici dillər fakültəsinin dekanı Əjdər Ələsgərov və bütün əməkdaşlar iştirak etdilər.
Hesabat iclasını Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova açaraq hesabat iclasının gündəliyi ilə fakültə əməkdaşlarını tanış etdi. Fakültə həmkarlar təşkilatının sədri Roma Allahverdiyeva 5 illik hesabatı ilə çıxış etdi.Hesabat qənaətbəxş qəbul edildi.
İclasda fakültə həmkarlar təşkilatına 5 nəfərdən ibarət yeni heyət üzvləri seçildi.Yeni heyət üzvləri Roma Allahverdiyevanın yenidən sədr seçilməsinə yekdilliklə razılıq verdilər.

10 fevral 2015-ci il tarixdə Riyaziyyat-informatika fakültəsində həmkarlar təşkilatının hesabat-seçki iclasında ilk öncə Afaq Qasımovanın təklifi ilə həmkarlar təşkilatının sədri olmuş mərhum dosent Bəxticamal Nəbiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Baş müəllim İsmayılov Nazir Əliş oğlu yekdilliklə fakültə həmkarlar təşkilatının sədri seçildi.