Həmkarlar ittifaqi komitəsinin fakültələr üzrə hesabat seçkiləri davam edir
13 fevral 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Fizika və texniki fənnlər fakültəsində həmkarlar təşkilatı sədrinin hesabat seçki iclası keçirildi. Dekan İldırım Qasımovun sədrliyi və Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanın iştirakı ilə keçən bu iclasda fakültə sədrinin hesabatı dinlənildi və qənaətbəxş qəbul olundu.
Yekunda Rasim Hüseynova yenidən beş il müddətinə həmkarlar təşkilatına sədrlik etməsinə etimad göstərildi.
Həmin gün dekan Mübariz Yusibovun sədrliyi və Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovanın iştirakı ilə Filologiya fakültəsində də növbəti hesabat seçki iclası keçirildi. İclasda fakültə həmkarlar təşkilatının sədri Mehriban Məmmədova 5 illik hesabatla çıxış etdi. İçlas iştirakçıları həmkarlar təşkilatının fəaliyyətindən razı qaldıqlarını bildirib hesabata öz müsbət rəylərini bildirdilər.
Sonda Mehriban Məmmədovanın yenidən sədr seçilməsinə yekdilliklə razılıq verildi.