Həmkarlar İttifaqı Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş təşkil olunub

Həmkarlar İttifaqı Komitəsində I və II Qarabağ müharibəsi iştirakçıları ilə görüş təşkil olunub. Görüşün əvvəlində qəhrəman şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Vətən Müharibəsində şəhid olan ölməz igidlərimizin xatirəsini yad edən Komitə sədri Afaq Qasımova onların heç bir zaman unudulmayacağını, bir ömür boyu onlara minnətdarlıq hissi duyacağımızı vurğulayıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı  diləyən sədr, bu şanlı qələbə münasibətilə bir daha hər kəsi təbrik edərək, Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu diqqətə çatdırıb. Zəfər dolu bu günlərin, bu qələbənin Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanıldığını vurğulayıb. Ölkəmizin artıq dinc quruculuq və abadlıq dövrünə qədəm qoyduğunu bildirib.

Görüşdə I Qarabağ müharibəsi iştirakçısı riyazi analiz kafedrasının dosenti Zəfər Abbasov,Fiziki tərbiyə və GÇQH kafedrasının baş müəllimi Fikrət Hüseynov,II Qarabağ müharibəsi iştirakçısı İdman klubunun məşqçisi Orxan Əliyev, qazi Murad Rüstəmov və digər qazilər müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Komitə sədri Afaq Qasımova  Vətən müharibəsi iştirakçılarının sosial durumu və problemləri ilə maraqlanmış, universitet həmkarlar təşkilatının  hər zaman onların yanında olduğunu bildirmişdir.Görüşün sonunda I və II Qarabağ müharibəsi iştirakçıları komitənin xəttilə mükafatlandırılıblar.