“İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” adlı təlim həftəsinə start verildi

Gəncə Dövlət Universitetində həyata keçirilmiş sonuncu akkreditasiyaya aid Yekun Hesabatda göstərilən tövsiyə və göstərişlərin icrasının təmin edilməsi məqsədilə 2024/2025-ci tədris illəri ərzində icra ediləcək tədbirlərər dair hazılanmış Fəaliyyət Planında həyata keçirilməsi istiqamətində “İbtidai sinif müəllimliyi ixtisası üzrə tədris prosesində iştirak edən professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması” üçün 2025-ci ilin may ayı ərzində yerli və beynəlxalq mübadilə proqramlarında iştirakına dair təlim həftəsinə  başlanıldı.

Təlimçi Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təqdimatla çıxış edərək mübadilə, qrant və mobillik proqramları haqqında iştirakçılara məlumat verdi. Daha sonra Gəncə Dövlət Universitetinin beynəlmiləlləşmə siyasəti, beynəlxalq əlaqələrindən söz açdı. Təlimdə bununla yanaşı beynəlxalq qrant mübadilələri, “Erasmus +”, Mevlana, “Orhun” və bu kimi mobillik mübadilə imkanlarından, ümumi sənədləşmə qaydaları və şərtlərindən, eləcə də, uğur qazanmış namizədlərin həyat hekayələrindən danışdı.

Təlim interaktiv sual-cavab formatında yekunlaşdı.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti