İçməli su və suvarma layihələri dövlətimiz tərəfindən uğurla icra edilir
Ölkəmizdə içməli su və suvarma layihələri həmişə diqqət mərkəzində olub.20 il ərzində dörd böyük su anbarı inşa edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etmək olar. Bu gün dövlətimiz tərəfindən azad edilmiş ərazilərimizdə içməli su və suvarma layihələrini icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib. Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etmək olar.
Bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq hökm sürür.Bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır.
Uzun illər Bakının və Abşeron yarımadasının içməli su problemləri ciddi problem kimi yaşanır. Bir müddət bundan əvvəl ölkə prezidenti Cənab İlham Əliyevin göstərişi ilə bu kimi məsələlərin həlli üçün proqramın hazırlanması prosesi başlamışdır. Proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunması nəzərdə tutulur. Proqrama əsasən 30-a yaxın yeni su anbarı tikilməli, eləcə də sayğaclaşdırma 100 faizə çatdırılmalıdır.
Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası ilə 95 faizə çatacaq. Bakı, Sumqayıt, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşmağa imkan verəcək. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.
İlk dəfə olaraq Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün duzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir. Bu isə imkan verəcək ki, Bakı və Abşeron yarımadasına gələn suların həcmi xeyli artsın.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti


