İngilis dili biliklərinin artırılmasına dair təşkil olunmuş təlim iştirakçılarına sertifikat təqdim olunub


 
Gəncə Dövlət Universitetində professor-müəllim heyətinin ingilis dili bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq Qrammatika və ingilis dilinin tədrisi kafedrası tərəfindən “Akademik və professional ingilis dili bacarıqlarının inkişafı” adlı təlim keçirilmişdir. Təlimin əsas məqsədi iştirakçıların akademik yazı, elmi məqalələrin hazırlanması, beynəlxalq konfrans və simpoziumlarda effektiv çıxış bacarıqları, eləcə də peşəkar ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi olmuşdur.
  Təlim müddətində iştirakçılara müasir tədris metodları, akademik üslubun xüsusiyyətləri, elmi terminologiyanın düzgün tətbiqi və təqdimat bacarıqları ilə bağlı ətraflı məlumat verilmiş, praktiki məşğələlər təşkil olunmuşdur. İnteraktiv formatda keçirilən təlimlər iştirakçıların fəallığını artırmış, qarşılıqlı fikir mübadiləsi və təcrübə paylaşımı üçün əlverişli şərait yaratmışdır.
   Təlimdə fəal iştirak edən professor-müəllim heyəti üzvlərinə proqramı uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunmuşdur. Bu cür təşəbbüslər universitetdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.

uat və ictimaiyyətlə əlaqələr xidməti