İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİNDƏ “BAYRAQ GÜNÜ” TƏDBİRİ

07 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  “9 noyabr-Bayraq günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə professor-müəllim heyəti, texniki işçilər  və tələbələr iştirak etmişlər.

Dövlət Himni səsləndikdən sonra fakültə dekanı dosent Şahin Xurşudov bu günün mahiyyətindən, xalqımız üçün əziz bayrama çevrilnməsindən bəhs etdi.

Universitetin humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyevə qısa da olsa tarixə nəzər saldı. Qeyd etdi ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 9 noyabr 1918-ci il tarixli iclasında qəbul olunub.1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin  əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” rəmzidir.

Tədbirdə çıxış edən müəllim və tələbələr “Bayraq günü”nün əsl bayrama çevrildiyini, xalqımızın qürur mənbəyi olduğunu, əsrlərlə qələbələrimizin rəmzinə çevrilib daim dalğalanacağını xüsusilə vurğuladılar.