“İşğaldan azad olunmuş ərazilərdə tarixi – memarlıq abidələri” mövzusunda ustad dərsi

Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru Ruqiyyə Tağıyeva Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə  “İşğaldan azad olunmuş ərazilərdə tarixi – memarlıq abidələri” mövzusunda  ustad dərsi keçib.

Dərsdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təsviri incəsənət kafedrasının müdiri Mərdan Məmmədov, kafedranın müəllimləri, orta məktəbin direktoru Esmira Qaraxanova,  məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

 Ruqiyyə Tağıyeva mövzu ətrafında çıxış edib, işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində tarixi-memarlıq nümunələrinin, məscidlərin, körpülərin, eləcə də yaşayış yerlərinin  düşmənlər tərəfindən dağıdılmasından  geniş bəhs edib.

Sonda məruzəçi tərəfindən şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti