KAFEDRALARDA ELMİ-TƏDQİQAT VƏ TƏDRİS FƏALİYYƏTİNİN TƏHLİL EDİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLİB
30 may 2025-ci ildə Gəncə Dövlət Universiteti Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış kafedralarda elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupun növbəti iclası keçirilib.
İclasda gündəlik məsələlər – Kafedralarda yeni hazırlanmış elmi tədqiqat mövzularının müvafiq qaydada təsdiqi, təkliflərin müzakirəsi və kafedralarda tədris sənədlərinin yenilənməsinə dair verilən təkliflərin müzakirəsi olub.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq bir neçə təklif irəli sürülüb.