KAFEDRALARDA ELMİ-TƏDQİQAT VƏ TƏDRİS FƏALİYYƏTİNİN TƏHLİL EDİLMƏSİ ÜÇÜN İŞÇİ QRUPUN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Gəncə Dövlət Universitetinin kafedralarında elmi-tədqiqat və tədris fəaliyyətinin təhlil edilməsi üçün işçi qrupunun iş planına uyğun olaraq aprel ayında gördüyü işlər, aparılmış təhlillərə dair 23 aprel 2025-ci il tarixdə növbəti iclas keçirilmişdir.
İclasda iş planına uyğun olaraq görülmüş işlər müzakirə olunmuş, fəaliyyət planı, maraqlı tərəflərin rəy və təklifləri təhlil edilmişdir.