Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılan işçi qrupun növbəti iclası keçirilib

     19 mart 2025-ci ildə keçirilən iclasın gündəliyində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün işçi qrupun hazırladığı iş planının müzakirəsi və təsdiqi idi.

   İclasın sədri, ÜTF və texnologiya kafedrasının müdiri, dosent Elçin Cavadov çıxış edərək bildirdi ki, Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının fəaliyyət planında yer alan fəaliyyətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Fənn proqramlarının, sillabusların və dərs vəsaitlərinin hazırlanması, təsdiq edilməsi, bu istiqamətdə nəzarətin gücləndirilməsi  üçün yaradılmış işçi qrup tərəfindən iş planı layihəsi hazırlanıb.

   Hazırlanan bu iş planı,  müzakirəyə çıxarılaraq təsdiq olunmalıdır. Daha sonra, sənədin rektorluğun 04.03.2025-ci il tarixli 5/107 saylı əmri ilə yaradılan işçi qrupa təqdim edilməsi və onlarla razılaşdırılması nəzərdə tutulur. Razılaşdırıldıqdan sonra rektorluğun 06.03.2025-ci il tarixli 5/112 saylı əmri ilə yaradılan Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının sədrinə təsdiqə göndərilməsi planlaşdırılır.

    Bundan sonra işçi qrupun  üzvlərindən  Eldar Mehdiyev  çıxış edərək,  işçi qrupun səmərəli fəaliyyəti istiqamətində atılacaq addımlarla bağlı zəruri informasiyaları üzvlərlə bölüşdü.

  İşçi qrupun üzvlərindən Günay Kazımova,  Xəyalə Kəsəmənli, Yadigar Əliyev, Türkan Cəlilova çıxış edərək öz təkliflərini bildirdilər.

   İş planının müzakirəsi zamanı qeyd edilən təklif və düzəlişlər nəzərə alınaraq yekun versiyaya əlavə olundu. Hazırlanan və təkliflərlə zənginləşdirilən iş planı işçi qrup tərəfindən yekunlaşdırılaraq təsdiq olundu.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti