KEYFİYYƏT TƏMİNATI VƏ QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASININ NƏZDİNDƏ YARADILMIŞ SİP-DƏ FƏALİYYƏTLƏRİN İCRASINA NƏZARƏT VƏ MONİTORİNQ QRUPUNUN 18 APREL 2025-Cİ İL TARİXİNDƏ KEÇİRİLMİŞ 04 SAYLI İCLASI

18 aprel 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Strateji İnkişaf  Planında (SİP) fəaliyyətlərin icrasına nəzarət və monitorinq qrupunun 04 saylı iclası keçirildi. İclasda monitorinq qrupunun bütün üzvləri iştirak ediblər.

Əvvəlcə gündəlik məsələlər- Strateji İnkişaf  Planında fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün universitetin mövcud SİP sənədinin təhlili və maraqlı tərəflərin rəyləri əsasında hazırlanmış məlumat xarakterli sənədin müzakirəsi və təsdiqi, hazırlanmış təhlil sənədi əsasında SİP-də fəaliyyətlərin icrasına nəzarət və monitorinq mexanizminin formalaşdırılması üçün təkliflərin hazırlanması haqqında məlumat verilib.

İclasda yuxarıda qeyd edilən məsələlər müzakirə olunub və monitorinq qrupunun bütün üzvlərinin təklifləri dinlənilib.