Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası keçirilib
30 aprel 2025-ci ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində Keyfiyyət Təminatı və Qiymətləndirmə Komissiyasının nəzdində yaradılmış Tədris planlarının tərtib olunmasına nəzarət edilməsi üçün işçi qrupun iclası kecirildi.
İclasın sədri Yəhya Namazov çıxış edərək tədris planlarının tərtib olunmasına nəzarətüçün yaradılmış işçi qrupun apardığı yoxlamaların nəticələrinə əsasən tədris planlarının qanunvericiliyin tələblərinə uyğun və vaxtında tərtib olunması məqsədilə mövcud vəziyyətin təhlilinin gündəlikdə duran əsas məsələ olduğunu qeyd etdi.
İşçi qrupun üzvlərindən Məleykə Aslanova, Elxan İsmayılov, Rauf Məmmədov, Niyaməddin Hacıyev, İlqar Haqverdiyev çıxış etdilər.
Çıxışlarda mövcud vəziyyətin təhlilində maraqlı tərəflərdən alınmış təkliflərin də əhəmiyyətli olduğu vurğulandı.
Proseslə bağlı mövcud vəziyyətin təhlilinin müzakirəsi qənaətbəxş hesab edilib.