“Kompozit materiallarının alınması texnologiyası və elektronikada bəzi tətbiqlər” mövzusunda elmi seminar
Gəncə Dövlət Universitetində “Kompozit materiallarının alınması texnologiyası və elektronikada bəzi tətbiqlər” mövzusunda elmi seminar keçirilib.
Fizika kafedrasının baş müəllimi Sevinc İmanova və Aysel Həmzəyeva mövzu ətrafında məruzə ilə çıxış ediblər. Məruzəçilər tərəfindən kompozit materialları və onların təsnifatı, maqnit xassələrinin tədbiqinin qrafikləri, eləcə də kompozit materialların radiotexnika və elektronikanın müxtəlif sahələrində istifadəsi barədə geniş məlumat verilib.
Elmi seminarda kompozit materialların alınmasında istifadə edilən matris və doldurucuların xüsusiyyətləri, onların alınması üçün tətbiq edilən üsullar haqqında da bəhs olunub.
Fizika kafedrasının müdiri Yəhya Namazov kompozit materiallarının parametrlərinin idarə edilə bilən olduğu üçün bu materialların praktik əhəmiyyətinin üstünlüklərindən danışıb.
Sonda mövzu ətrafında suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti