Magistraturada təhsil alan tələbələr Gəncə Gənclər Evində olmuşlar
19 noyabr 2025-ci il tarixində Gəncə şəhərində fəaliyyət göstərən Gəncə Gənclər Evi Gəncə Dövlət Universitetində Gənclərlə iş və Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisasları üzrə magistr təhsili alan tələbələrin, həmçinin onların elmi rəhbərlərinin iştirakı ilə geniş tərkibli görüşə ev sahibliyi etmişdir. Tədbirin əsas məqsədi gənclərin elmi-peqaoji fəaliyyətə marağının artırılması, onların sosial fəallığının gücləndirilməsi və elmi-tədqiqat prosesində qarşılışdıqları aktual məsələlərin müzakirə edilməsi olmuşdur. Görüşdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə, həmin kafedranın dosenti Üzeyir Balakişiyev, magistrantlar – Rüstəmov Hüseyn, Təhməzzadə Qardaşxan, Əsədova Zəhra, Vəliyeva Ləman, Qasımlı Leyla, Hüseynli Səmayə, həmçinin Gənclər Evinin rəhbərliyi və məsul əməkdaşları iştirak etmişlər.
Tədbir Gəncə Gənclər Evinin geniş akt zalında təşkil olunmuşdur. Görüşdə Gəncə Gənclər Evinin direktoru Şəhriyar Hacıyev və digər əməkdaşlar Gənclər Evinin strukturu, işi, həyata keçirilən layihələr haqqında magistratura tələbələrinə geniş məlumat vermişdilər. Magistrantların Gəncə Gənclər Evini ziyarət etmələrinin mühüm əhəmiyyəti onların bu istiqamətdə apardıqları tədqiqat işlərilə bağlı praktik biliklər əldə etmələri olmuşdur. Onların magistrlik dissertasiya işlərinin mövzuları bilavasitə gənclərlə bağlı olduğu üçün belə görüşlərin böyük elmi və praktiki əhəmiyyətə malik oduğu vurğulanmışdır. Magisrtantlar Gəncə Gənclər Evinin timsalında respublikamızda fəaliyyət gödtərən digər 33 Gənclər Evi haqqında da ətraflı məlumatlar əldə etmişlər.
Görüş həm elmi, həm də sosial baxımdan faydalı olmuş və magistratura tələbələrinin ölkəmizin gənclər siyasəti, bu sahədəki elmi fəaliyyət və inkişaf proqramları ilə daha yaxından tanış olmalarına şərait taratmışdır.
Sonda Universitetimizin əməkdaşları və tələbələr yaradılan şəraitə görə Gəncə Gənclər Evinin kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.




