Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişir

         Gəncə Dövlət Universitetində 15-İyun Milli Qurtuluş gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

         Konfranda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

         Konfransı giriş sözü ilə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq Azərbacan xalqının həyatında  mühüm rolu olan15 iyun tarixinin əhəmiyyətindən danışmışdır. Diqqətə çatdırmışdır ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun-Milli Qurtuluş günüdür. Milli Qurtuluş günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarxi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirlməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 

Sonra Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadənin “Qurtuluşdan zəfərə:müdrik siyasətin təntənəsi”, həmin kafedranın baş müəllimi Elminaz Namazovanın “ Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının baş müəllimləri Həmid Abbasovun “Heydər Əliyev irsi və Azərbaycan dövlətçiliyi”,  Aygün Əhmədovanın isə “15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi” mövzularında məruzələri dinlənilmişdir.

         Konfrans ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatmışdır. Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.