«Motivasiya Üsulları» mövzusunda təlim təşkil olunub

Gəncə Dövlət Universitetində “Müəllimlərin Peşəkar İnkişafı Proqramı” çərçivəsində növbəti təlim baş tutub. Təlimin əsas mövzusu «Motivasiya üsulları və bu üsulların dərsdə tətbiqi» olub. Təlimdə mövzu ətrafında geniş məlumat verilib.

O da diqqətə çatdırılıb ki, proqram mərhələli şəkildə həyata keçiriləcək və növbəti təlimlərdə “Dərsin dizaynı” , “Dərsin təhlili”, “Təlim strategiyaları”, “Qiymətləndirmə strategiyaları”, “Təhsil texnologiyaları” və digər mövzulardan bəhs olunacaq.